Müasir dövrdə artıq çəkidən azad olmaq istəyənlərin sayı çoxdur. Bu isə arıqlama vasitələrinə olan marağı artırıb. Bəs görəsən Covid-19-un geniş vüsət aldığı bir vaxtda bu üsula əl atmaq immun sistemimiz üçün nə dərəcədə təhlükəlidir ? Fidan Muradlı mütəxəssislərin bu barədə fikirlərini öyrənib. İzləyək.
Son 15-20 ildə artıq çəki problemi bəşəriyyəti narahat edir. Ümumdünya Səhiyyə təşkilatının son açıqlamasında bildirilir ki, dünyada hər 8 nəfərdən biri nəinki artıq çəkidən, hətta piylənmədən əziyyət çəkir. Bəzən artıq çəkidən qurtulmaq istəyən insanlar müxtəlif arıqladıcı vasitələrdən istifadə edirlər.
Müasir dövrdə müxtəlif həblər, içkilər, qida əlavələrinə çox böyük təlabat var. Amma daha çox üstünlük arıqlama çaylarınadır.
Bəs bütün bu arıqlama vasitələri nə dərəcədə təhlükəsizdir ? İstifadə zamanı nə qədər müddətə neçə kiloqram verilir ? Onların hansısa əks təsiri, qorxulu nəticəsi ola bilərmi?
Artıq çəkidən əziyyət çəkən və bunu özünə kompleks edən insanlar bu prosedurda daha diqqətli olmalıdırlar. Çəkinin düşməsi immun sisteminə birbaşa təsir edən amillərdəndir. Koronavirusun yayıldığı və təhlükə saçdığı bir vaxtda immuniteti qorumaq ən vacib nüansdır.
Təbii ki, artıq çəki sağlamlığa faydalı deyil. Amma gözəllik üçün sağlamlığı qurban vermək də olmaz. Bunun üçün mütləq mütəxəssislə - həkimlə məsləhətləşmək lazımdır.
- Baxış: 420