• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 717
— 17.04.2020 15:24

Karantin rejimini sərxoş halda pozdu

KepezTV Player

Şəmkir polisi xidməti ərazisində karantin rejiminin tələblərinə ciddi nəzarəti davam etdirir. Bu günədək rayonda mindən çox şəxsə inzibati protokol tərtib edilib, 15 nəfər yerli məhkəmənin qərarı ilə həbs olunub. Polisin növbəti reydində əməkdaşımız Natiq Hüseyn də iştirak edib.  

Xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət etmək məqsədilə Şəmkir rayon Polis Şöbəsinin əməkdaşları gücləndirilmiş iş rejimində xidməti davam etdirir. Sakinlər arasında profilaktik söhbətlər aparılır, gigiyenaya və izolyasiya tədbirlərinə əməl etmək tapşırılır, dezinfeksiyaedici vasitələrdən istifadə tövsiyyə olunur. Eləcə də rayon ərazisində patrul və stasionar postlar təşkil edilərək sürücülərin qaydalara əməl etməsinə nəzarət olunur. Əfsuslar olsun ki, aparılan yoxlamalar zamanı qoyulan tələblərə əməl etməyən, hətta sərxoş halda sərnişindaşıma ilə məşğul olanlara rast gəlinir.

Gün ərzində aparılan yoxlamalar zamanı tələblərə əməl etməyənlərlə yanaşı avtomobillərdə konstruktiv dəyişiklər və digər qadağanedici vasitələr quraşdıran sürücülər də aşkar edilib. Onlar barəsində də qanunamüvafiq tədbirlər görülüb.

İlqar Əliyev Şəmkir RPŞ-nin rəis müavini Mütəmadi olaraq keçirilən reydlər zamanı  xüsusi karantin rejiminin tələblərini pozan 1038 vətəndaş barəsində müvafiq qanunlara uyğun olaraq barələrində tədbir görülüb ki, onlardan 15 nəfər barəsində rayon məhkəməsinin qərarı ilə İnzibati həbs seçilib.

Bundan başqa rayon ərazisində pensiya və müavinətlərin verilməsi ilə bağlı bankomatların önündə yarana biləcək sıxlığı nəzərə alaraq nəzarət tədbirləri gücləndirilib, ara məsafəsinin qorunması üçün lazımi tədbirlər yerinə yetirilir. 

 

Natiq Hüseyn