• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2397
— 16.04.2020 20:21

Karantin rejimi pomidorun qiymətinə təsirsiz ötüşməyib

KepezTV Player

Xüsusi karantin rejimində yaşadığımız bir dövrdə əhalinin kənd təsərrüfatı məhsulları ilə təminatı diqqət mərkəzində saxlanılır. Buna görə də gündlik tələbat məhsullarının bazarlara çıxarılmasına məhdudiyyət qoyulmayıb. Şəmkirdən də hər gün satış üçün müxtəlif tərəvəz məhsulları bazarlara daşınır. Bundan başqa Şəmkir pomidoruna Rusiya bazarlarında da tələbat olduğundan eləcə də mövcud vəziyyət məhsulun qiymətinə təsirsiz ötüşməyib.

Ölkə əhalisinin tərəvəz məhsulları ilə təminatında Şəmkir rayonunun böyük payı var. Hər gün paytaxt Bakıya, eləcə də digər şəhər və rayonlara Şəmkirdən tərəvəz məhsulları aparılır. Tədarükçülərin xüsusi karantin rejiminin tətbiq olunmasına baxmayaraq əkdikləri məhsulları bazara çıxarmasında heç bir çətinlik yoxdur.

Əsgər Əsgərov kənd icra nümayəndəsi: Bu il məhsuldarlıq ötən ilə nisbətən çox yüksəkdir. Bu çox sevindirici haldır. Karantin rejimi ilə əlaqədər olaraq kənd təsərrüfatı məhsullarına heç bir maneçilik yoxdur. Hər gün tonlarla məhsullarımız Gəncə və Bakı bazarlarına, eləcə də digər bölgələrə göndərilir.

Rayonda istixana şəraitində yetişdirilən poimidor və xiyar daha çox Qədimqala və Keçili kəndlərində becərilir. Kənddə demək olar ki, hər həyətdə tərəvəz istixanası var.

Bildiyiniz kimi, Şəmkirdə istixana şəraitində yetişdirilən pomidor yerli bazralarla yanaşı xarici bazarlarada göndərilir. Xüsusi ilə Rusiya bazarlarında Şəmkir pomidoruna böyük təlabat var. Ancaq bu il karantin dövrünə təsadüf etməsi pomidorun həmin ölkədə satışınada öz mənfi təsirini göstərib.

Belə ki, ötən il aprel-may aylarında bir kiloqramı 3-4 manata satılan tərəvəz məhsulları indi daha ucuz qiymətə alınır. Məhsulun çox olması da bir tərəfdən buna təsir etsə də bu heç də istixana sahiblərini narahat etmir.

Nöfəl Əliyev istixana sahibi: Məhsulun bol olması gəlib onu kompensasiya edəcək. Tam etməsə də müəyyən qədər kompensasiya edəcək. Təbii ki, məhsul dərimi növbəti aylarda da davam edəcək. Mən elə güman edirəm ki, o dövrdə özünü göstərəcək.

Ötən il Şəmkirli fermerlər 1134 hektar istixana sahəsindən 150 min tona yaxın məhsul götürüblər. Bu il bir qədər də genişləndiriləcək istixana əraziləri istehsala təsirsiz ötüşməyəcək.

Natiq Hüseyn