• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 833
— 15.04.2020 15:46

Kür çayının sahilində yeyib-içən 19 nəfər saxlanıldı

KepezTV Player

Zərdab rayonu Aşağı Seyidlər kəndində “Seyidlər bağı” adlanan ərazidə Kür çayının sahilində bir qrup şəxs toplaşaraq yeyib-içmək məclisi təşkil edib xüsusi karantin qaydalarını kobudcasına pozublar. Daha sonra həmin şəxslər təşkil etdikləri məclisin videogörüntülərini çəkərək sosial şəbəkələrdə paylaşıblar. Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həmin məclisdə iştirak edən və karantin qaydalarını pozan 19 nəfər saxlanılıb. Onlardan ikisi məclisin təşkilatçıları, rayon sakinləri Rza Alxasov və Sabiq Nəbiyev rayon məhkəməsinin qərarı ilə 10 sutka inzibati qaydada həbs edilib. Digərləri isə İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən 100 manat miqdarında cərimə ediliblər.