KepezTV Player
Koronavirusun daha çox təsir etdiyi kateqoriya sırasında olan aztəminatlı və imtiyazlı ailələr diqqətdə saxlanılır. Bu dəfə Gəncə Dövlət Universiteti millət vəkili Pərvin Kərimzadə ilə birgə həmrəylik nümayiş etdirməklə ehtiyacı olan ailələr üçün sovqat veriblər. Ahıl və kimsəsiz insanlara yardım paylanılıb. Bu kateqoriyadan olanlar gündəlik ərzaq məhsulları ilə yanaşı tibbi ləvazimatlar da təmin ediliblər. Şəhərin fərqli ünvanlarında yerləşən 40-a yaxın ailəyə sovqat aparılıb.
- Baxış: 461