• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1002
— 14.04.2020 20:30

Şəmkir kartofu Rusiya və Ukrayna bazarında

KepezTV Player

Ölkədə xüsusi karantin rejimimin mövcud olunduğu bir vaxtda Şəmkirli fermerlər istixana şəraitində becərdikləri kartofun yığmını həyata keçirir. Əvvəlki illərdən fərqli olaraq bu il “ikinci çörək” yerli bazarla yanaşı xairici də göndərilir. Alıcı tələbatı təsərrüfat sahiblərini sevindirməyə bilməz. Əməkdaşımız Natiq Hüseynin illərdir kartofçuluqla məşğul olan Şəmkirin Sabirkənd kəndindən xüsusi materialı var, izləyək.  

Əvvəlki illərdə kənd təsərrüfatı məhsullarının xarici bazarlara çıxışında yaşanan çətinliklər artıq fermerlər üçün aradan qaldırılıb. Dövlət tərəfindən aqrar sahədə istehsalın artırılmasına yönələn siyasət bu yerli bazara çıxışla yanaşı ixrac imkanları da yaradıb. Şəmkir rayonunun Sabirkənd kəndinin fermerləri də mövcud şəraitdən faydalanaraq istixana şəraitində kartof yetişdirməklə məşğul olurlar. Təsərrüfatçılar artıq aylardır çəkdikləri zəhmətin bəhrəsini görürülər.

Nazilə Xəlilova fermer: Noyabr ayının 10-da əkmişik. Məhsuldarlıq yaxşıdır. Bu virusa baxmayaraq yaxşı satırıq. Allah bərəkət versin yaxşı satılır. 1 manat 30 qəpik, 1 manat 50 qəpikə satılır. Məhslumuz yerdə qalmır.

Bu il kənddə 300 hektar sahədə istixana şəraitində kartof yetişdirilib. Hər hektarda 30-35 sentner məhsul götürən fermərlər yerli kartofun bir kiloqramını ilk günlər 2 manatdan satıblar. Hazırda isə qiymətlər bir qədər ucuzlaşıb. Ancaq mövcud satış qiyməti də təsərrüfat sahiblərini qane edir.

Sahib Xəlilov fermer: Nəğd pulu 1 manat 30 qəpiyə satırıq. Fəhləsi özündən gəlib yığırlar. Pulunu da nəğd şəkildə verirlər. Rusiyanın bir çox şəhərlərinə aparırlar.

Artıq Sabirkənd kəndində becərilən kartofun 50 faizı yığılıb. Yığılan məhsullar satış üçün xüsusi şəkildə qablaşdırılaraq Rusiya və Uklraynaya yola salınıb. Əlverişli şərait və müştəri bolluğu növbəti il üçün istixana sahələrinin genişləndirilməsinə zəmin yaradıb.

İdris Əbdülrəhimov Sabirkənd kənd icra nümayəndəsi: Ötən il çox böyük çətinliklərimiz oldu. Dövlət başçısının qayğısı nəticəsində bu il o çətinliklər yoxdur. Zəhmətkeşlərimiz çox asan şəkildə daxili və xarici bazarlara məhsul ixrac edə bilirlər. Alcılıq qabiliyyəti də yaxşıdır. Tədarükçülər alıb apardıqları məhsulu yüksək qiymətə də satırlar.

İstixana şəraitində kartofun becərilməsi əlavə xərc tələb etmir. Çünki polietlin örtüyün altında ərsəyə gələn məhsul istilik üçün yanacaqdan istifadə tələb etmir. Odur ki, fermerlərin bu sahənin genişləndirilməsi ilə bağlı planları bazar tələbinə uyğun şəkildə tənzimlənməli və həyata keçirilməlidir.  

Natiq Hüseyn