KepezTV Player
Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 11 aprel saat 00:00-dan 12 aprel saat 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 1753 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib. Ümumilikdə 01 apreldən bu günədək xüsusi karantin rejiminin pozulmasına görə 14980 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.
- Baxış: 485