“İndiyə qədər Operativ Qərargah tərəfindən mövcud vəziyyət təhlil olunaraq qabaqlayıcı tədbirlərin nəticəsində bizdə yoluxmalar və ölümün sayı başqa ölkələrlə müqayisədə aşağı olaraq qalmaqdadır. Həkimlərin səyi nəticəsində xəstələri həyatda saxlamaq mümkün olur". Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədovun sözlərinə görə, yoluxma sayı sağalma sayından yüksək olaraq qalmaqdadır. Bu tendensiya yeni qabaqlayıcı addımların atılmasını tələb edir. Çünki vətəndaşların özünütəcrid tələbinə əməl etmə tendensiyası ürəkaçan deyil.
Məsələn, aprelin 8-də bir sutka ərzində 3 073 xüsusi karantin rejimi pozuntusu olub. Aprelin 10-da bu göstərici 3 112-yə yüksəlib. Bu gün - aprelin 11-də isə artıq 1 sutka ərzində XKR qaydalarının pozuntusu 3 810-a yüksəlib. Bunlardan da 27-si inzibati həbs, biri cinayət işidir. 27 inzibati həbs cəzası isə göstərir ki, daha sərt məhdudlaşdırmalara gedilməsi məcburiyyəti yaranmaqdadır.
Eləcə də icazə-e-gov.az portalına müraciət edilərək hərəkətinə icazə verilən 47 min nəfərin icazəsi artıq ləqv edilib. İbrahim Məmmədov vurğulayıb ki, indiyə qədər hökumət sərt məhdudiyyətlərə getmək istəməyib. Ancaq bugünkü mənzərə göstərir ki, təcrid qaydalarının daha da sərtləşdirilməsi günün tələbinə çevrilməkdədir.
- Baxış: 362