• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1332
— 10.04.2020 19:01

"Əgər yaşım uyğun olsa idi, həkim yoldaşlarımla birlikdə ön cəbhədə dayanardım"

KepezTV Player

“Həyat evdədir!” devizi ilə xalqa çağırış edənlər sırasında əməkdar həkim, təcrübəli stomatoloq Məlahət İsgəndərova da var. Gəncə səhiyyəsinin tanınmışlarından olan xanım insanlara evdə qalmağın niyə vacib olduğunu, insanların bəzi həqiqətləri bilməli olduğunu açıqlayıb. O, vətəndaşları karonavirus epidemiyasına yoluxmamaq üçün bu təşəbbüsə qoşulmaqlarını xahiş edib.

Azərbaycan səhiyyəsində öz dəsti xətti olan və pasiyentlərinin rəğbətini qazanan respublikanın əməkdar həkimi Məlahət İsgəndərova da xüsusi karantin rejiminə əməl edən və əhalini qadağalara riayət etməyə çağıranlar sırasındadır. Məlahət həkim koronavirusa yoluxmamaq və sağlam qalmaq üçün sosial izolyasının əhəmiyyətindən danışır, pasiyentlərinə tövsiyələr verir.

Məlahət İsgəndərova - Əməkdar həkim: Stomatoloq olaraq 46 ildən artıq fəaliyyətim olub.Hələ koronavirus kimi bir bəla ortaya çıxmazdan əvvəl, mən pasiyentlərimə ağız boşluğu xəstəlikləri ilə bağlı məlumat vermişəm.Onlara hər zaman müraciət etmişəm ki, hər şey ağızdan keçir.Bütün viruslar, mikroblar, bakteriyalar ağzıdan boşluğundan keçir.Ağız təmiz olmalıdır ki, orqanizm sağlam olsun.

Həyatın evdə daha maraqlı olduğunu deyən ali dərəcəli həkim təbliğatdan da geri qalmır. O yaxın ətrafına, dostlarına, bütün çevrəsinə evdə qalmağın vacibliyi, evdən çıxmağın təhlükəli olmağı ilə bağlı maarifləndirici məlumatları da çatdırır. Bunun hər şeydən əvvəl vətəndaşlıq borcu olduğunu deyir.

Məlahət İsgəndərova - Əməkdar həkim: Bu saat ön cəbhədə işləyən həkimlərə baş əyirəm.Onlar ön cəbhədədirlər. Xəstəliklə üzbəüzdürlər.Xahiş edirəm ki, onları qorumaq üçün özümüzü qoruyaq.Mənim yaşım keçməsəydi, tibb işçisi kimi, stomatoloq kimi köməklik göstərərərdim.Ancaq gücüm çatır ki, telefon vasitəsilə hamıya müraciət edim.Evdə qalın, sağlam olun.Ətrafınızı qoruyun.Əzizlərinizi qoruyun.Dövlət başçısının bütün çağırışına ürəkdən qoşuluram, hamıdan da bunu xahiş edirəm.

45 ildən artıq Azərbaycan səhiyyəsinə xidmət edən Məlahət İsgəndərova hazırda təqaüddədir. Keçmiş xatirələrini danışan həkim tibb sahəsində dəfələrlə fərqləndiyini, nəaliyyətlərini də bizimlə bölüşüb. O, Gəncə şəhərində fəaliyyət göstərən stomatoloji poliklinikada göndəriş əsasında pasiyentlərinin müraciətləri ilə məşğul olmağı özünə fərəh bildiyini deyib.

Məlahət İsgəndərova - Əməkdar həkim: Fəaliyyətimə görə bir neçə dəfə təltif olunmuşam.İlk dəfə birinci dərəcəli diplom almışam, 13 dəfə imtahan verib ali dərəcəli diplom.Bir neçə dəfə də, fəxri fərmanlar, fəxri diplomlar almışam.Gəncənin Səsi qəzetində, Elm və həyat jurnalında, başqa qəzetlərdə fəaliyyətimi işıqlandırıblar.Fəaliyyətimə qiymət veriblər.

1970-ci ilin əvvəllərindən etibarən fəaliyyətə başlayan Məlahət İsgəndərovanın arxivində 14 ali dərəcə, 2 fərqlənmə medalı, onlarla təltif diplomları var. Yeni Azərbaycan Partiyasının əksər qurultaylarının iştirakçısı olan əməkdar həkim, Respublika Həmkarlar İttifaqları Konfederasiyasının da ilk üzvlərindəndir.