• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2027
— 08.04.2020 12:11

Mağazaya icazə ilə gələnlər

KepezTV Player

Hər şeydən əvvəl, başa düşmək lazımdır ki, SMS-icazə sistemi texniki olaraq, çox çətin sistemdir. Çünki bu sistem - praktik olaraq, 2-3 günə hazırlanıb. Halbu ki, belə sistem normalda həftələr, aylar ərzində qurulur. Azərbaycanda bu işin təcili surətdə həyata keçirilməsi əhalinin koronavirusdan daha yaxşı qorunmasını təmin etmək məqsədi daşıyır. Gəncədə də bu qaydaya riayət edildiyini söyləmək olar.

Ruslan Atayev - alıcı: Mən evdən sms vasitəsilə evdən çıxmışam, mağazaya alış-veriş etməyə gəlmişəm. Bu da mənim sms-im.Bütün vətəndaşlara da tövsiyə edirəm ki, qayda-qanuna riayət etsinlər.

Etibar Tağıyev - alıcı: Hal-hazırda sms-icazə ilə çıxmışam.Bütün vətəndaşlara da tövsiyəm odur ki, sms-icazə vasitə ilə çıxsınlar.Həm özlərini qorumuş olarlar, həm yaxınlarını, həm də əzizlərini.

Statistika göstərir ki, 8103-ə göndərilən icazə sms-ları arasında 2 rəqəmini seçənlər üstünlük təşkil edir. Yəni ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, bank və poçt xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar yaşayış yerini tərk etmək üçün. SMS-İcazə sisteminin tətbiq olunması mağazalarda kütləviliyin qarşısını alıb desək, yanılmarıq.

Pərviz Məmmədzadə - satış rəsmisi: Artıq bir neçə gündür ki, mağazamızda satışda azalma müşahidə olunur.Bu da çox gümanki, SMS vasitəsilə icazədən irəli gəlir.Bir evin 5 nümayəndəsi varsa, onlardan biri sms vasitəsilə icazə alıb gəlir, alış-veriş edir.

Anlamaq lazımdır ki, sms-icazə sistemilə zarafat etmək, onu artıq yükləməyə çalışmaq olmaz. Bu indiki məqamda birbaşa cəmiyyətin sağlımlığına təhlükə yaratmaq anlamına gəlir və konkret cinayət əməlidir. Əksinə, çalışıb, başqa insanların da sistemdən düzgün istifadə etmələri üçün onlara yardım göstərmək, başa salmaq, maarifləndirmə aparmaq lazımdır.

Respublikamızın bütün şəhər və rayonlarında olduğu kimi, Gəncə şəhərində də, sakinlər SMS vasitəsilə icazə alaraq, həm supermarketlərə, həm də, apteklərə gedərək öz ehtiyaclarını ödəməyə çalışırlar.