• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1271
— 03.04.2020 15:29

Karantin rejimini pozan 3 nəfər həbs edilib

KepezTV Player

Mingəçevirdə karantin rejimi qaydalarını pozan şəxslər tutulublar. Yevlax rayon sakini Habil İbrahimov Mingəçevir şəhərinin girişində quraşdırılan karantin postundan polisin saxla əmrinə tabe olmadan şəhərə girməyə cəhd göstərərkən saxlanılıb. Mingəçevir şəhər sakinləri Asim Cəfərov və Fəqani Ağayev isə sərxoş halda şəhər ərazisində gəzərkən polis əməkdaşları diqqətindən yayına bilməyiblər. Saxlanılan şəxslərdən 3 nəfərə karantin qaydalarını pozduqlarına görə İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən barələrində 10 gün müddətinə həbs qərarı verilib. Polis əməkdaşları bir neçə şəhər sakininin Mingəçevir Su anbarının ətrafında karantin qaydalarını pozaraq “məclis” qurduğunu da müəyyənləşdirib.