• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1021
— 30.03.2020 19:58

Oxuyur Xalq artisti Şahnaz Haşımova: "Həyat evdədir!"

KepezTV Player

“Həyat evdədir!” Karanavirus epidemiyasına yoluxmamaq üçün bu təşəbbüsə qoşularaq xalqa çağırış edənlər sırasında xalq artisti Şahnaz Haşımova da var. Öz səsi və ifaları ilə milyonların qəlbinə yol tapan sənətkar evdə olsa da yaradıcılığından da qalmır

Respublikanın xalq artisti, Azərbaycan musiqi sənətində öz dəsti xətti olan və incə səsi ilə tamaşaçıların rəğbətini qazanan xalq artisti Şahnaz Haşımova da xüsusi karantin rejiminə əməl edən və əhalini qadağalara riayət etməyə çağıranlar sırasındadır. Koronavirusa yoluxmamaq və sağlam qalamq üçün sosial izolyasının əhəmiyyətindən danışır Şahnaz xanım.

Şahnaz Haşımova - Xalq artisti: Sağlamlığımız hər bir şeydən daha vacibdir. Mən düşünürəm ki, bu xəstəlik müvəqqəti olan bir virusdu. Hər bir anlar kimi bu da ötüb keçəcək. Ona gör də bizə nə deyirlər bizim xeyrimiz üçün deyirlər. Ona görə də mütləq evdə qalmaq lazımdır.

Həyatın həqiqətən də evdə olduğunu deyən sənətkar evdə özünə sevimli məşğuliyyətlər də tapıb. Xalq artisti yaradıcılığından bir an belə ayrı qalmamaqla yanaşı yeni şerlər kitabının üzərində çalışır. 2003-cü ildə çapdan çıxan 100 səhifəlik “Mən dərdimi mahnılara danışdım” və 2016-cı ildə 200 səhifəlik “Vətən sən guman yerimsən” adlı şerlər toplusu işıq üzü görən xalq artisti qələmi əlindən buraxmır.

Şahnaz Haşımova - Xalq artisti: Xoşuma gələn şerlərdən rus dilinə tərcümələr edirəm. Artıq 15 şer tərcümə etmişəm. Özümün üçncü kitabımı yazırdım indi evdə vaxtım çoxdu onu bitirmək ərəfəsindəyəm. İlhamım gəldikcə yeni şerlər yenə yazıram. Bu üçüncü kitabda bunlar hamısı olacaq. Şəkillərə də baxıram. Dünya bu gün evdədir. İnternet, telefon var. Hər yerə də baxmaq, seyr etmək olar. Bir də ki, insan özü istəsə özü üçün evdə elə o gözəlliyin hamısını öz aləmində yarada bilər.

40 ildir Azərbaycan musiqi sənətində olan Şahnaz Haşımova Gəncə Dövlət Filarmoniyasında çalışır. Xalq artisti onu sevənlərə, tamaşaçılara müraciət də etdi.

Şahnaz Haşımova - Xalq artisti: Bizi biz edən, göylərə qaldıran, ürəyində sevgisini bildirən, yaşadan bizim əziz xalqımızdır, sevimli millətimizdir. Mən deyərdim ki, müzakirəsiz tapşırığa əməl etmək lazımdı. Bunun hamısı özümüzün həyatımız üçündü və mütləq evdə qalmaq lazımdı ki, nə qədər tapşırıq verilibdir. Nə vaxt desəslər çıxın gəzin-dolaşın onda gəzib-dolaşarıq.

Xalq sənətkarı yaradıcılıq gecəsini keçirməyi də planlaşdırır. Solo konsert üçün müğənni 30-a yaxın yeni mahnı üzərində çalışır.