KepezTV Player
Ölkədə koronavirusa görə tətbiq edilən karantin rejiminə görə, 65-dən yuxarı yaşı olan deputatlar, Milli Məclisin martın 30-da keçiriləcək plenar iclasında iştirak etməyəcək. Bunu Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib. Bildirib ki, əgər “Deputatların statusu haqqında” qanuna dəyişiklik təsdiq olunarsa və ölkədə tətbiq olunan karantin məhduyiyyətləri 65 yaşdan yuxarı deputatlar üçün aradan qaldırılarsa onda bu yaş kateqoriyasından olan deputatlar növbəti iclaslarda iştirak edəcək.
- Baxış: 279