• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2885
— 28.03.2020 12:42

2 nəfər yaralandı

KepezTV Player

Goranboyda yol nəqliyyat hadisəsi baş verib. Qəza Bakı-Qazax magistral yolunun rayonun Dəliməmmədli şəhərindən keçən hissəsində qeydə alınıb.Rayon sakini, 71 yaşlı Yaşar Musayev "VAZ 2107" markalı minik maşını ilə hərəkətdə olan zaman idarəetməni itirib. Nəticədə avtomobil yolun kənarındakı dəmir arakəsməyə çırpılıb. Hadisə zamanı sərnişinlər - Gəncə şəhər sakini, 37 yaşlı Esmira Bağırova və Şəmkir sakini, 64 yaşlı Qənirə Həsənova xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Yaralılara lazımi tibbi yardım göstərilib, vəziyyətlərinin kafi olduğu bildirilir.