• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3016
— 27.03.2020 11:09

Ağstafada əl qumbarası aşkar olunub

KepezTV Player

Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə Ağstafa rayonu, 33-cü məhəllə adlanan ərazidə su arxında əl qumbarasının tapılması barədə məlumat daxil olub.<br>&nbsp;Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd F-1 əl qumbarası aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.<br>Əl qumbarasının ətrafında 150 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.