• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1722
— 23.03.2020 19:26

Mağazalarda ərzaq qıtlığı müşahidə olunmur

KepezTV Player

Azərbaycanda koronavirusla bağlı xüsusi rejim tətbiq edilsə də, istirahət, ictimai-iaşə obyektlərinin fəaliyyəti məhdudlaşdırılsa da supermarketlər, mağazalar, aptektlərin fəaliyyətində hər hansı bir dəyişiklik edilməyib. Yəni ərzaq təminatı baxımından, xüsusilə də qıtlıqla bağlı hər hansı bir problem yoxdur. Marketlərdə apardığımız araşdırma bir daha bunu təsdiqlədi.

Gəncə şəhərində fəaliyyət göstərən mağazalarda alış-veriş öz axarı ilə davam edir. İstehlakçılar istədikləri məhsulları mağazalara yaxınlaşmaqla əldə edə bilərlər.

Dünya ölkələrində də insanlar axın-axın supermarketlərə gedirlər, piştaxtaları boşaldırlar. Belə bir psixoloji vəziyyət artıq dünyada müş.ahidə edilməkdədir. Azərbaycan isə qonşu ölkələrlə sərhədlərini bağlasa da ölkədə ərzaq qıtlığı müşahidə olunmur, piştaxtalar doludur. Bunu alıcılar da təsdiq edir.

Nazim Quliyev - alıcı: Qıtlıq söhbətinə mən heç bir mağazada rast gəlməmişəm. Hansı mağazaya da getmişəmsə nə lazımdırsa hamısını tapıb alırıq. Nə istəsən alırsan, nə istəsən var. Olmayan məhsul yoxdur.

Suliddin Zeynalzadə - alıcı: Dezinformasiya barəsində bir şey demək mümkün deyil. Bizim marketlər həmişə olduğu kimi işləyir. Heç bir dəyişiklik görmürük. Məhsullar var, ancaq deyilən qədər insanlar da yoxdur, çox azdır.

Satışla məşğul olan şəxslər hər şeyin qaydasında olduğunu, anbarlarda kifayət qədər məhsulun mövcudluğunu, ərzaq probleminin yaşanmadığını bildirdilər.

Səbahəttin Nağıyev - satıcı: Bütün çeşiddə məhsullarımız var. Hər şey boldur, qaydasındadır. Qıtlıq yoxdur. Gün ərzində də müştərilər gəlir, satış davam edir. Hər şey qaydasındadır, kütləvi satış müşahidə olunmur.

Ölkədə ciddi ərzaq çatışmazlığının müşahidə ediləcəyi gözlənilmir. Anbarlarda da kifayət qədər müxtəliv çeşiddə məhsul var. Buna görə də ərzaq qıtlığı ilə bağlı panikanın yaranmasına ehtiyac yoxdur.