• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1598
— 23.03.2020 19:36

Koronavirus xəstələrinin sayı 61 nəfərə yüksəldi

KepezTV Player

Azərbaycanda daha 7 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, hazırda ölkədəki xüsusi rejimli xəstəxanalara yerləşdirilən və müşahidə altında olan 61 nəfər aktiv koronavirus xəstəsi həkim nəzarəti altındadır, onlardan 3 nəfərinin vəziyyəti orta ağır qiymətləndirilir, digərləri isə özlərini normal hiss edirlər, səhhətləri stabildir. Pasiyentlərin müalicəsi ilə bağlı zəruru tədbirlər davam etdirilir. Bu gündən Azərbaycanda iri ticarət mərkəzlərinin və “Mall”arın fəaliyyəti də dayandırılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarı nəzdindəki ərzaq mağazaları və apteklər istisna olmaqla, bütün analoji obyektlərə bir ay müddətində şamil edilir. Sosial məhdudlaşdırma tədbirləri Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə və tələblərindən irəli gələrək qlobal pandemiya elan olunan koronavirusun Azərbaycan ərazisində geniş yayılmasının qarşısının alınması məqsədi daşıyır.