• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1743
— 23.03.2020 12:08

Virusa yoluxanların sayı 54-ə çatdı

KepezTV Player

Bu gündən Azərbaycanda iri ticarət mərkəzlərinin və “Mall”arın fəaliyyəti dayandırılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarı nəzdindəki ərzaq mağazaları və apteklər istisna olmaqla, bütün analoji obyektlərə bir ay müddətində şamil edilir. Sosial məhdudlaşdırma tədbirləri Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə və tələblərindən irəli gələrək qlobal pandemiya elan olunan koronavirusun Azərbaycan ərazisində geniş yayılmasının qarşısının alınması məqsədi daşıyır. Azərbaycanda daha 12 yeni infeksiyaya yoluxma faktı qeydə alınmaqla aktiv koronavirus xəstələrinin sayı 54-ə çatıb. Xüsusi rejimli xəstəxanalara yerləşdirilən və müşahidə altında olan pasiyentlər özlərini normal hiss edirlər, səhhətləri stabildir, onların müalicəsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir. Azərbaycanda koronavirusa yoluxma halları ölkəmizə xaricdən gələn şəxslər sırasında və ölkə daxilində insanların bir-birini yoluxdurması faktları üzrə aşkarlanır. Bu səbəbdən, bir daha vətəndaşlar şəxsi gigiyena qaydalarına, Ümumdünya Səhiyyə Təşkilatının, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə ciddi riayət etməyə çağırılır. Vətəndaşlardan özünütəcrid tədbirlərinə uyğun davranmaq, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq, digər şəxslərlə minimum kontaktda olmaq, insanların sıx toplaşdığı yerlərə getməmək, mövcud preventiv tədbirlərin şərtlərinə ciddi əməl etmək tələb olunur.