• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1589
— 20.03.2020 17:21

Yaz əkini üçün fermerlərə 60 ton gübrə satılıb

KepezTV Player

Aqrar rayon olan Samuxda fermerlərə martın əvvəlindən gübrələrin satışına başlanılıb. Kənd Təsərrüfatı Nazirliyinin xətti ilə fermer kartından istifadə etməklə əkin sahəsinə uyğun olaraq gubrə satışı aparılır. Fermer 30 faizini nəğd, 70 faizi isə fermer kartından pul ödəməklə gübrə ala bilir. Artıq rayon üzrə 150 fermerə 1200 kisə gubrə satılıb. Bu gübrələrin 25 tonu amoniumnitrat, 10 ton amafos və 25 tondan çox isə nitroamafos gübrəsidir. Qiymətlər isə gübrədən asılı olaraq 7-14 manat arasında dəyişir. Proses yaz əkinləri başa çatana kimi davam edəcək.

Əlövsət Əliyev - fermer:1 hk arpa əkmişik. Burdan gübrə götürüb, yemləmə gübrəsi kimi səpmək istəyirik və150 kq düşür. Kartda olan pulun 102 manatını çıxdılar, 44 manat 10 qəpikdə nağd ödədik. Əvvəllər axtarırdıq lazım olanını tapmırdıq, indi rahatçılıqla rayonun mərkəzində gəlib aparıb səpə bilirik.

Yunis Qasımov - fermer: Camaat çox əziyyət çəkirdi. Ancaq bu gün gəldim gübrə üçün müraciət elədim. Bizə nə lazımdı edəcəklər gübrəmizi aparıb səpəcəyik.

Məhəmməd Cəfərov - gübrə satan: İstənilən fermer, istənilən vaxt müraciət edə bilər. Əgər fermerə 5 kisə gübrə düşürsə onu bir birdə gəlib götürə bilər, hamısını bir dəfəyədə apara bilər. Fermerlərin rahatçlığı üçün hər şərait yaratmışıq.