• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2149
— 17.03.2020 12:37

Bu gün ilaxır – Torpaq çərşənbəsidir

KepezTV Player

Bu gün Azərbaycanda Novruz bayramı öncəsi ilaxır çərşənbə – Torpaq çərşənbəsi qeyd olunur. Torpaq insan yaradılışının maddi əsası olmaq etibarilə bu prosesdə son dərəcə əhəmiyyətli bir mövqeyə malikdir. Torpaq çərşənbəsi torpağın oyanmasının mifik kökləri etibarilə dirilmə, canlanma anlayışı ilə əlaqədardır. Axır çərşənbədə tonqal qalanması, plov dəmlənməsi, səməni, xonça bəzədilməsi, qapı pusmaq, şam yandırmaq, bayramlaşmaq, fala baxmaq və bir çox adət-ənənələr var.