• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1015
— 14.03.2020 16:37

Adi, yoxsa filtrli maskalar?

KepezTV Player

Tibbi maska insanları yoluxucu virus və bakteriyalardan qoruyan fərdi vasitədir. Onlar növündən asılı olaraq, birdəfəlik və təkrar istifadə edilə bilər. İndi nəinki xəstə, sağlam insanlar da  sözügedən tibbi aksesuardan tez-tez yararlanır. Görəsən, niyə? Ümumiyyətlə,hansı halda tibbi maskalardan istifadə etmək doğrudur və onlar bizi nədən qoruyur?

Hansı halda tibbi maskalardan istifadə etmək doğrudur və onlar bizi nədən qoruyur?

Əli Quliyev Yoluxucu Xəstəliklər Xəstəxanasının şöbə müdiri: Əgər evdə kəskin respirator xəstəlikdən əziyyət çəkən varsa, ösükürərsə, həmin xəstə mütləq maska ilə təmin olunmalıdır. İlk növbədə, xəstə..

Şəhla Verdiyeva terapevt:Maska sağlam insanı qorumur. Sadəcə xəstə insanın ətrafı yoluxdurmasının qarşısını ala bilər. Xəstə insanların istifadəsi daha uyğundur ki, asqırarkən və öskürərkən viral zərrəcikləri ətrafa yaymasınlar. Sağlam üçün isə heç bir mənası yoxdur.

Səhhətində heç bir narahatlıq olmayan insanlar xəstəxanalara, tibb mərkəzlərinə daxil olduqda və ya hər hansı bir şəkildə xəstə insanlarla kontaktda olarsa, bu zaman tibbi maskadan yararlana bilərlər. Lakin onu maksimum 2 saatdan 1 dəyişmək şərti ilə. Çünki bu cür maskaların sözügedən müddətdən artıq istifadəsi qoruma qabiliyyətini itirdiyi üçün mənasız sayılır.

Arzu Abdullazadə klinik-əczaçı: Aptek şəraitində satılan kağız maskaların elə bir qoruyucu xüsusiyyəti yoxdur. Mən bir klinik-əczaçı kimi deyə bilərəm ki, koronivursdan qorunmaq üçün xəstələr filtirli maskalardan istifadə etməlidirlər.

Şəhərdəki əczaxanalarda kömür filtrli maskalar alıcılara 3 manat 80 qəpiyə təklif olunur. Onlar adi tibbi maskalardan fərqli olaraq uzun müddətli istifadəyə imkan verir.

Şəhla Verdiyeva terapevt: Filtrli maskalar daha yaxşıdır. Çünki onların uzun müddət qoruma funksiyası var, amma sadə, ətrafda hər kəsin istifadə etdiyi maskalar isə primitiv bir parça baryeri funksiyası daşıyır. Başqa bir funksiyası yoxdur.

Unutmayaq ki, tibbi maskalardan istifadə bizi təhlükəli viruslardan tam sığortalamır. Sözügedən aksesuarı istifadə etsək belə, şəxsi gigiyena qaydalarına düzgün əməl etməli, ətrafdakılarla mümkün qədər yaxın təmasda olmamalıyıq.