• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1075
— 13.03.2020 16:18

Şəmkirlilər özünüməşğuluqdan yararlanıb istixana kompleksləri yaradırlar

KepezTV Player

Ölkədə istixana komplekslərinin həcminə və Rusiyaya məhsul ixracına görə birincilər sırasında olan Şəmkirdə yeni istixana kompleksləri yaradılacaq. Bu dəfə istixanalar müxtəlif sahibkarlar tərəfindən deyil, dövlətin yaratdığı özünüməşğulluq proqramı çərivəsində reallaşacaq. Rayonun müxtəlif kəndlərində yaşayan 52 ailəyə istixana yararıdılması üçün lazım olan bütün materiallar verilib. Yaxın günlərdə sözügedən istixanaların qurulması təmin ediləcək. Yeni istixanalarda əsasən pomidor və xiyar yetişdirilməsi nəzərdə tutulur. 2016-ci ildən bu günədək Şəmkir rayonunda özünüməşğulluq proqramına 392 nəfər cəlb edilib. Onlardan 301-i aktivlərlə təmin edilib.

Təranə Məmmədova – sakin: İşsiz idim. Məşğulluq mərkəzinə müraciət etdim. İndidə hər bir materiallar verilib. İnşallah gəlib quracaqlar. Məndə pomidor xiyar əkəcəm.

Abbas Zeynalov – sakin: İstixana qurulandan sonra orada öz biznesimi yaratmaq opraya xiyar pomidor əkib öz ailəmizi dolandırcağıq.

Nəsimi Məmmədov – sakin: Mənə lazım olan istixana materiallarını gətirib verdilər. Allah qoysa istixana qurulandan sonra mən öz ailəmin rifa halını yaxşılaşdıracam.

 

Natiq Hüseyn