• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1062
— 13.03.2020 12:02

Gənc qız burun əməliyyatında öldü

KepezTV Player

Qax rayonunda xəstəxanada ölüm hadisəsi baş verib. Balakən rayon sakini, 23 yaşlı Rəyisə Layıcova burun çəpərinin deformasiyası ilə əlaqədar Qax Mərkəzi Rayon Xəstəxanasına müraciət edib. Xəstəxananın lor-həkimi Əkrəm İmaməliyev tərəfindən əməliyyat edilərkən qızın vəziyyəti cərrahiyyə masasında qəflətən pisləşib. Tibbi müdaxilələrə baxmayaraq, xəstə dünyasını dəyişib. Faktla bağlı Qax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, zərərçəkmişin ölümü ilə nəticələndə) maddəsi ilə cinayət işi başlanıb.