• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 728
— 13.03.2020 12:11

Benzinin qiymətinin ucuzlaşması ilə bağlı SOCAR-dan açıqlama

KepezTV Player

Azərbaycanda “Premium Euro-95” və “Super Euro-98” markalı benzin qiymətlərinin ucuzlaşması dünya bazarlarında neft qiymətlərinin azalması ilə əlaqədardır. SOCAR-ın Tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr departamentinin rəis müavini İbrahim Əhmədovun sözlərinə görə, həmin markalar Azərbaycanda istehsal olunmur və xaricdən idxal edilir. Azərbaycanda istehsal olunan və geniş tələbat olduğu üçün qiymətləri Tarif Şurası tərəfindən nizamlanan Aİ-92 markalı benzin, dizel və aviasiya yanacağından fərqli olaraq “Premium Euro-95” və “Super Euro-98” benzinlərinin qiyməti neft qiymətlərinin dəyişməsindən asılıdır. Ona görə də dünya bazarlarında nefti ucuzlaşması ilə əlaqədar həmin markaların Azərbaycana tədarükü daha ucuz başa gəlir. Bu gündən ölkə ərazisində Aİ-95 markalı benzinin qiyməti 1,20 manat təşkil edir. Aİ-98 markalı benzin isə 1,40 manat olub. Bunadək Aİ-95 1,50 manat, Aİ-98 markalı benzin isə 1,60 manat idi.