• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 998
— 13.03.2020 11:01

Mansory Bentley Flying Spur üçün tüninq dəsti hazırlayıb

Mansory tüninq atelyesi yeni Bentley Flying Spur sedanı üçün hazırladığı heyrətləndirici tuning layihəsini nümayiş etdirib.

Mansory stilistləri, tərtibatına təxminən üç yarım saat çəkən ənənəvi Bentley sükanının əvəzinə, sanki steroidlərlə şişirdilən qəribə formalı sükan çarxını quraşdırıblar. Sükan çarxının mərkəzi hissəsi və düymələri toxunulmamış qalsa da, Bentley loqotipi yerini Mansory embleminə verib.

Bentley sedanı eksklüziv dizayna malik olan 22-düymlük təkər diskləri ilə təchiz edilə bilər. Sifarişçi retro üslubunda çoxmilli və ya beş yarpaqlı yonca naxışına malik olan idman disklərindən birini seçə bilər.

Mansory mütəxəssisləri Flying Spur modelinin mühərriki üzərində də işləyiblər. Proqram təminatının təkmilləşdirilməsi sayəsində 6.0-litrlik W12 mühərrikinin gücü 635 at qüvvəsindən 720 at qüvvəsinə, fırlanma anı isə 900 Nm-dən 1000 Nm-ə qədər artırılıb. "Bərkgedən" sedanın 100 km/saat həddinə sürətlənməsi zamanı 0,2 saniyə yaxşılaşdırılıb - indi bu işə 3,6 saniyə sərf edilir.

Mansory tüninq dəstinin qiyməti açıqlanmayıb.