KepezTV Player
Ehtiyatsızlıqdan yanğın törədən iki şəxs saxlanılıb. Quba Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə martın 9-da rayonun Nügədiqazmalar və 10-da Yuxarı Tüləkəran kəndləri ərazilərində ehtiyatsızlıqdan meşə və quru otlaq, eləcə də bağ sahələrinin yanmasına səbəb olan rayon sakinləri Hikmət Mirzəyev və Firudin Pənahəliyev saxlanılıblar. Dindirilmə zamanı hər iki şəxs ehtiyatsızlıqdan törətdikəri yanğına görə peşman olduqlarını deyiblər. Araşdırmalar davam etdirilir.
- Baxış: 377