• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1262
— 10.03.2020 20:31

Unudulan adətlərimiz hansılardır?

KepezTV Player

Yel çərşəbəsində də, digərlərində olduğu kimi hamının qapısında, həyətində tonqallar qalanır. İnsanlar onun üzərindən atlanaraq, ağırlığını oda tökürlər. Amma adıçəkilən çərşənbəyə xas adət-ənənələr sözsüz ki, bununla yekunlaşmır.

Bayram adətləri, çərşənbələrin tarixi xalqın ilkin yaradılışı ilə bağlıdır. Bəlkə də elə bu səbəbdən dolayı günümüzdə unudulan və ya unudulmaqda olan kifayət qədər ənənələr var.

Rəhilə Məmmədova mədəniyyət xadimi:Bu çərşənbədə vaxtilə insanlar buğda, arpa sovurardılar. Bu adət-ənənə artıq unudulub. Yatan qonağı böyük iynəylə döşəyə tikirdilər. Çünki inanca görə bu gecə yatmaq olmazdı, hər kəs səhərə qədər xoş arzular tutulmalı idi.

Rəşad Hüseynov mədəniyyət xadimi:Son dövrlərdə görmürəm ki, kimsə yumurta döyüşdürsün. Papaqatma azalıb, lopa ümumiyyətlə tətbiq edilmir. Vaxtilə əskini neftlə isladıb, əldə fırladırdılar. İndi firşənglər çıxdığına görə o geridə qalıb. Bir tonqal qalamaq, onun üstündən hoppanmaq adəti qalıb. Bir çox adətlər unudulub, çalışıb onları yenidən yerinə yetirmək lazımdır ki, unudulmasın.

Ziyafət Bayramova GDU-nun dosenti: Mən adətlərin unudulduğunu düşünmürəm. Sadəcə bəzi məqamlar zamanla azalıb.  Amma əsas atributlarımız qalıb. Hər çərşənbə addım olaraq, yeni ilə yaxınlaşır. Çünki hər çənşənbədə insanın genetik yaddaşı təzələnir, təbiətlə vəhdətdə yaşaması başlıca bir önəm kimi insana bir daha təqdim edilir.

Günümüzdə mərasim nəğmələrinin oxunmaması da unudulan ənənələrdən hesab olunur. Mədəniyyət xadimləri, folklorşünaslar çərşənbələrdə yerinə yetirilməsi vacib adət-ənənələrin, zamanla sıradan çıxmasını bir sıra amillərlə əlaqələndirir.

Rəhilə Məmmədova mədəniyyət xadimi:Demək olar ki, nənələrimin yaşına gəlib çatmışam onlar daha dərindən bilirdi. Məsələn, mən bu gün danışıram. Durduq yerə danışa bilmərəm ki, gərək maraqlansınlar. Müharibə ab-havası, onun ölkəmizə gətirdiyi bədamət bayramı insana unutdurur. Ha istəyirik ki, bayramlarımızı şən keçirdək, yenə də görürsən orada qüssəmiz var..

İstənilən halda, mədəni dəyərlərin qorunması həm də, xalqın tarixinin yaşadılması deməkdir. Nə demək olar? Qəm-qüssədən kənar, xoş ovqatla bayram qeyd etmək arzusu ilə çərşənbəniz mübarək!