• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1245
— 10.03.2020 16:40

Sabah Gəncədə mavi yanacağın verilməsi dayandırılacaq

KepezTV Player

Aşkar olunmuş sızmaların ləğv edilməsi məqsədi ilə sabah saat 9-dan 18-ə kimi “Gəncə 1” və Maşınqayıma qaz xətlərindən mavi yanacağın verilməsi dayandırılacaq. Bu müddətdə Gəncə çayının sol sahili ərazilərində - şəhərin mərkəzi hissəsi, Bağmanlar, Yeni Gəncə, Mahrasa bağı, Sadıllı, Məhsəti, Poçt qəsəbələri, həmçinin I və V mikrorayonlarda qaz olmayacaq.