• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1069
— 10.03.2020 16:37

Azərbaycan "Avroviziya-2020" mahnısını təqdim edib

KepezTV Player

“Avroviziya-2020" beynəlxalq mahnı müsabiqəsində Azərbaycan təmsilçisinin mahnı və klipi təqdim edilib. Samira Əfəndi “Kleopatra” mahnısı ilə Rotterdamda səhnəyə çıxacaq. Mahnının müəllifləri niderlandlı Allan Roy Skott, Sara Leyk və Lyuk Van Birsdir. Kompozisiyanın prodüserləri isə müəlliflərdən biri olan Lyuk Van Birs, digəri isə Toni Kornelissendir. Mahnıda etnik motivlər müasir səs ilə ahəngdar şəkildə uzlaşdırılıb. Kompozisiyada YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmiş Azərbaycanın milli aləti tar, həmçinin balaban və ud səslənir.Mahnının klipi Qobustan Tarixi Qoruğunda çəkilib.