• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1151
— 10.03.2020 16:35

Məişət zorakılığına məruz qalmış şəxslər özünüməşğulluq proqramına cəlb olunacaq

KepezTV Player

Bundan sonra məişət zorakılığına məruz qalmış şəxslərə də özünüməşğulluq proqramına cəlb olunmada üstünlük veriləcək. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən xəbərə görə, həmin şəxslərin ehtiyac duyduqları hüququ-psixoloji yardımla təminatı üçün müvafiq işlər aparılır. Nazirliyin dəstəyi ilə icra olunan sosial xidmət layihələri çərçivəsində son illərdə bu kateqoriyadan olan vətəndaşlar üçün yardım mərkəzləri də yaradılıb. Bundan sonra isə əlilliyi olan şəxslər, məcburi köçkünlər, ünvanlı sosial yardım alanlar, şəhid ailəsi üzvləri və digər həssas qruplarla yanaşı,  məişət zorakılığına məruz qalmış şəxslərə də özünüməşğulluq proqramına cəlb olunmada üstünlük veriləcək. Onların proqrama cəlb olunmaqla öz kiçik bizneslərini qurmalarına dəstək göstəriləcək.