• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 738
— 10.03.2020 12:03

Bu gün Azərbaycanda Yel çərşənbəsidir

KepezTV Player

Bu gün Azərbaycanda Novruzun üçüncü - Yel çərşənbəsidir. Buna el arasında “Külək oyadan çərşənbə” də deyirlər. Yel çərşənbəsi havaların isinməsindən ilkin xəbər verdiyinə görə belə adlanır. İnanca görə bu çərşənbədə qış əldən düşmüş vəziyyətdə köçünü sürür. Qar əriyir, suyun buzu sınır, torpaq canlanmağa başlayır. Gün ərzində əsən isti və soyuq küləklər yazın gəlişini müjdələyir.  Yel çərşənbəsinin də özünəməxsus adət-ənənələri var. Novruzun ilaxır - Torpaq çərşənbəsi isə martın 17-də qeyd ediləcək.