• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1260
— 09.03.2020 19:05

“Hər yaş dövrünün öz gözəlliyi var”

KepezTV Player

Qocalıq dedikdə, nədənsə ağlımıza ilk olaraq ağarmış saçlar, üzdə yaranan qırışlar, xəstəliklər gəlir. Ələxsus da xanımların... Xarici görünüşdə baş verəcək dəyişiklər əksər insanlarda qocalıq qorxusu yaradır. Buna görə də bəziləri yaşlandığını heç cür qəbul etmək istəmir. Belələri sanki zamanı dayandırmaq istəyir, müxtəlif plastik əməliyyatlarla qocalıq əlamətlərindən qurtulmağa çalışır. Görəsən niyə?

Azərbaycanda daim yaşlılara böyük hörmət, ehtiram olub. Hətta “Allahsız yerdə otur, ağsaqqalsız yerdə oturma” – kimi ifadələr yaranıb. Bu yaşlanmağın daha bir müsbət tərəfidir. Belə münasibət gənclərin gücü ilə qocaların təcrübəsinin birləşməsinə gətirir. Nəticədə inkişafa nail olmaq üçün gözəl bir vəhdət, harmoniya yaranır.