• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 683
— 09.03.2020 19:29

Gəncədə 2 gimnaziya yenilənir

KepezTV Player

Gəncədə İnternat Tipli Xarici dillər Təmayüllü Gimnaziya üçün yeni bina tikilir, futbol təmayüllü internat tipli gimnaziyanın isə binası əsaslı təmir olunur. Xarici dillər Təmayüllü Gimnaziya 3 korpusdan ibarət olacaq. Binada xüsusi fənn kabinələri, laboratoriyalar, komputer otaqları, sinif otaqları, kitabxana və digər yardımçı otaqlar olacaq. Gimnaziyanın həyətində idman zalı, şagirdlər üçün 3 mərtəbəli yataqxana da tikilir. Eləcə də 2 su anbarı, qazanxana, transfarmator stansiyası da yaradılır. İşlərin gələn ilin ortalarına kimi yekunlaşdırılması nəzərdə tutulub. Bu ilin sonuna kimi isə futbol təmayüllü internat tipli gimnaziyada əsaslı təmir işləri yekunlaşmalıdır. 4 mərtəbəli binanın 1-ci mərtəbəsində müəllim və texnik heyət üçün otaqlar, akt zalı, kitabxana, arxiv və yeməkxana, 2-ci və 3-cü mərtəbələrdə tədris otaqları, 4-cü mərtəbədə isə yataqxana olacaq. Hazırda binanın dam örtüyü dəyişdirilir və fasad hissədə suvaq işləri görülür. Otaqların qapı və pəncərələrı yenilənib, elektrik, su və istilik xətləri çəkilir. Həyətdə su anbarı, futbol, basketbol, tennis üçün idman zalı da tikiləcək.