• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1379
— 09.03.2020 18:22

Millət vəkilləri koronavirusla bağlı müayinə ediliblər

KepezTV Player

Millət vəkillərinin koronavirusla bağlı həkim müayinəsindən keçmə prosesi bu gün yekunlaşıb.Milli Məclisin Mətbuat Xidmətinin rəhbəri Akif Təvəkküloğlu bildirib ki, müayinədən keçən 121 deputatın heç birində koronavirusun əlamətləri aşkarlanmayıb.Proses mərhələli şəkildə aparılıb.Bundan əlavə, virus təhlükəsinə görə, parlamentin girişində termovizor da quraşdırılıb. Məqsəd Məclisə daxil olan bütün şəxslərin, o cümlədən deputatların hərarətini yoxlamaqdır.***

 Bu arada, Milli Məclisin ilk iclasının keçiriləcəyi tarix bəlli olub. Belə ki, VI çağırış parlamentin yaz sessiyasının ilk iclası martın 10-da baş tutacaq.