Samux rayonunun Ziyadlı kənd sakini İlhamə Namazovaya məxsus ev yanıb. Gecə saatlarında baş verən hadisə zamanı evin bir otağı içərisində olan yataq dəsti və digər əşyalarla birgə yararsız hala düşüb. Ev sahibinin sözlərinə görə, yanğın qəsdlə törədilib. Namazovanın belə düşünməsinə səbəb isə bir müddət əvvəl ailəyə məxsus təsərrüfatda da yanğın hadisəsinin qeydə alınmasıdır. Zərərçəkən əvvəl qeydə alınan yanğınlar təsadüfi bədbəxt hadisə olduğunu güman etdiyindən hüquq mühafizə oprqanlarına məlumat verməyib. Ancaq bir müddət sonra gecə saatlarında evində eyni hal təkrarlandıqdan sonra Samux Rayon Polis Şöbəsinə müraciət edilib. Şöbə əməkdaşları hadisə yerinə baxış keçiriblər. Hələlik faktla bağlı şübhəli kimi saxlanılan yoxdur. Ev sahibi İlhamə Namazova 1993-cü ildə Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olan Xəqani Fətiquliyevin həyat yoldaşıdır.
İlhamə Namazova - zərərçəkən Mən bunu qəsd görürəm, düşmənçilikdə görürəm. Bu düşmənçilik deyilsə, insanı diri-diri yandırmaq nə deməkdir? Gecə saat 1 idi, mən də yatardım, bacım da yatardı. Nə olardı bizim axırımız? Evin içərisində hamı yanırdı.
Natiq Hüseyn
- Baxış: 683