• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1469
— 09.03.2020 11:20

Dünyada koronavirusa yoluxanların sayı 105 mini ötüb

Dünyada koronavirusa yoluxanların ümumi sayı 105 586 nəfərə çatıb. Ümumdünya Səhiyyə Təşkilatının açıqladığı məlumata görə epidemiya artıq dünyanın 101 ölkəsində qeydə alınıb. Son sutka ərzində virus Bolqarıstan, Kosta-Rika, Moldova, Fransa Qvianası, Maldiv adaları, Malta və Farrer adalarında da aşkarlanıb. Çindən kənarda son 24 saat ərzində 3 610 yeni yoluxma hadisəsi qeydə alınıb, 71 nəfər dünyasını dəyişib.