• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1855
— 07.03.2020 12:32

Özünüməşğul qadınların sayı artır

KepezTV Player

Özünüməşğulluq proqramı çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətin xətti ilə ötən il 103 mindən çox şəxsin, o cümlədən 35 mindən çox qadın işlə təmin edilib. Özünüməşğulluq proqramı iştirakçılarının mühüm bir hissəsi qadınlardır. 2019-cu ildə də proqrama cəlb edilən 10 min 352 nəfərdən 2 min 631-i qadınlar olub. Bu il də proqramın əhatə etdiyi şəxslərin, o cümlədən proqrama cəlb olunan qadınların sayı daha da artacaq.<br>Ötən il Dövlət Məşğulluq Xidməti tərəfindən 2 minədək, bu ilin iki ayı ərzində isə 335 qadın peşə hazırlığı kurslarına cəlb edilib.