• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1531
— 06.03.2020 11:01

Renault uzanan kuzova malik olan konsept hazırlayıb

Renault şirkəti "gələcəyin fərdi və ortaq elektrik mobilliyinə baxış" olaraq səciyyələndirdiyi Morphoz konseptini təqdim edib. Konsept avtomobil "ağıllı" enerji sisteminə qoşula bilir və transformasiya olan kuzova sahibdir . Hərəkət rejimindən asılı olaraq, kuzov fiziki şəkildə dəyişir.

Renault mühəndislərinin fikrincə, hər bir avtomobil üçün ayrıca akkumulyator bloku buraxmaq gərək deyil - onları mübadilə edərək, ətraf mühitə vurulan mənfi təsirləri azaltmaq olar. Renault Morphoz konseptini gələcəyin avtomobillərinin uyğunlaşma nümunəsi hesab edir. Buna görə də, konsept, hərəkət rejimindən asılı olaraq, fiziki ölçülərini dəyişmə qabiliyyətinə malikdir. Elektrokarın təkər bazası Travel rejimində 2.73 metrdən 2.93 metrə qədər dəyişir. Transformasiya xüsusi yükləmə stansiyalarında baş verir - burada bir neçə saniyə ərzində avtomobillərin batareyaları daha tutumlusu ilə dəyişdirilir.

Üçüncü səviyyəli avtopilot müəyyən müddət ərzində nəzarət funksiyalarını elektronikaya həvalə etməyə imkan verir. Əlbəttə ki, Morphoz konseptininı seriyaya getmə perspektivləri sıfıra bərabərdir. Bununla birlikdə, konseptin yaradılması zamanı əldə olunan təcrübə, kütləvi elektrokarların yaradılması zamanı istifadə edilə bilər.