• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1811
— 06.03.2020 11:03

Audi A3 Sportback modelinin dördüncü nəsli işıq üzü görüb

Audi şirkəti dördüncü nəsil A3 Sportback hetçbekini təqdim edib. Satışların başlanğıcında yeni model üç növ güc qurğusu və 28,9 min avrodan başlayan qiymətlərlə təklif ediləcək. Hazır avtomobillər diler salonlarında may ayında peyda olacaqlar.

Nəsil dəyişikliyi ilə Audi A3 modeli daha böyük, geniş və ekoloji olub. Hetçbekin təkər bazası (2.64 metr) dəyişməsə də onun uzunluğu üç santimetr artaraq 4.34 metrə çatıb. Avtomobilin eni də eyni ölçüdə artaraq  1,82 metrə bərabər olub. Hündürlük isə dəyişilməz qalıb - 1.43 metr. Baqaj bölümünün həcmi  oturacaqların vəziyyətindən asılı olaraq 380 - 1200 litr arasında dəyişir.

İlk mərhələdə, yeni A3 Sportback 150 at qüvvəsi hasil edən 1,5-litrlik benzin turbomühərriki, həmçinin 116 və 150 at qüvvəli 2,0-litrlik turbodizel ilə təklif edəcəklər. Benzin modifikasiyası üçün 48 voltluq startyor-generatoru olan hibrid əlavə də təklif ediləcək.

İlkin olaraq, satışa yalnız ön ötürməli avtomobillər çıxacaqlar. Sonradan modelin tamötürməli  variantları da təklif ediləcəklər. Eyni zamanda, A3 ailəsində qoşulan hibridlərin və 310 qüvvəsinə malik olan "qaynar" Audi S3 modelinin peyda olması da gözlənilir. Ən sonunda isə, 400 at qüvvəsinə malik olan RS 3 modeli işıq üzü görəcək.