• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2074
— 05.03.2020 20:15

Daşkəsəndə qumbara və partladıcı tapılıb

KepezTV Player

Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinə (ANAMA) Daşkəsən rayonu, mərkəzi stadionun yaxınlığında yerləşən məişət tullantıları ərazisində 3 ədəd əl qumbarasının tapılması barədə məlumat daxil olub.Agentliyin xüsusi mobil çevik əməliyyat və partladıcı axtaran xüsusi təlim keçmiş itlərdən ibarət kinoloji qrupları və Daşkəsən Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları dərhal həmin əraziyə göndərilib.Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb.Aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 3 ədəd F-1 əl qumbarası və 3 ədəd UZRQM partladıcısı aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.Əl qumbaraları və partladıcıların ətrafında 150 kv.m əraziyə yerüstü, 80 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.