• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1052
— 04.03.2020 19:48

Prezident İlham Əliyev sərəncam imzalayıb

KepezTV Player

Prezident İlham Əliyevin sərəncamı ilə Ağstafa rayonunun əhalisi 23334 nəfər olan 9 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 10 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 700 min manat ayrılıb. Tovuz rayonunun əhalisi 68296 nəfər olan 9 yaşayış məntəqəsində 18 subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 1,26 milyon manat ayrılıb. Tovuz rayonunun 31 min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Əyyublu–Aran–Qovlar–Aşağı Quşçu–Koxanəbi avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 15,8 milyon manat ayrılıb.