• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2288
— 04.03.2020 20:09

Tələbələr institutda təcrübə keçirlər

KepezTV Player

Tələbələr istehsalat təcrübəsində praktiki bilik və bacarıqlar qazanırlar. Yüksək səviyyəli mütəxəssis olmaq üçün nəzəri biliklərin təcrübədə tətbiqi vacibdir. Buraxılış kurs tələbələrinin son semestri tədris-təcrübə baxımından əhəmiyyətlidir.

Azərbaycan Dövlət Aqrar Universitetinin buraxılış kurs tələbələri praktik bilik və bacarıqlarının inkişaf etdirilməsi baxımından Heyvandarlıq Elmi Tədqiqat İnstitutunda təcrübi biliklərə yiyələnirlər. Universitetdə baytarlıq, zootexniklik, menecment (alman) ixtisasları üzrə təhsil alanlar yardımçı ferma təsərrüfatında təcrübədədilər.

Səməd Səmədli - tələbə: Artıq 4 gündür ki, Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun yardımçı ferma təsərrüfatında praktikamız keçirilir. Yemlənmə, bəslənmə, yemlənmədə yaranan bəzi xəstəliklərin öyrənilməsində yaxından iştirak edirik. Məndə gələcəkdə öz ixtisasım üzrə yaxşı mütəxəssis olub, ölkəmizə faydalı bir zoomühəndis kimi fəaliyyət göstərəcəm.

Heyvandarlıq sahəsində bacarıqlara yiyələnmək istəyən tələbələrə iri və xırda buynuzlu heyvanların saxlanma şəraitinə dair tələblər, heyvanların yem normasının təyini, saxlanılmasında diqqət edilməli məqamlar, yarana biləcək xəstəlikləri öyrədilir.

Zahid Tağıyev - təcrübə rəhbəri: Tələbələrə praktika müddətində ixtisaslarına uyğun olaraq təlimlər, ilkin göstərişlər, praktiki bacarıqlar öyrədilir.Baytar həkimləri üçün müalicə-profilaktika tədbirləri, zootexnik ixtisası tələbələri üçün yem rasionunun tərtibi, heyvanların saxlanma şəraitinin təşkil edilməsi haqqında, menecment ixtisası tələbələri üçün isə təsərrüfatın idarə edilməsi, hesablanması, planlaşdırılması yönümündə təlimlər keçirilir.

Kənd təsərrüfatı iqtisadiyyatın qeyri-neft sektorunda özünə məxsus yerini nəzərə malsaq gənc nəsilin bu sahənin ixtisaslı kadrı kimi yetişməsi prioritetlərdəndir. Heyvandarlıqda da yenilikləri mənimsəyən, işini sevərək görən gənc kadrlara ehtiyac böyükdür.

Mahir Hacıyev - HETİ-nin direktoru: Son iki ildə kənd təsərrüfatı sahəsində islahatlar,görülən işlər göz qabağındadır.Kənd Təsərrüfatı Nazirliyi tərəfindən ən müasir avadanlıqlarla təmin olunmuş laboratoriyalar fəaliyyətə başlayıb.Biz də institut olaraq gənclərə öz töhfələrimizi veririk.Çünki gəncliyə böyük önəm var, gəncliyə böyük ehtiyac var.Dəvət edirik onları, gəlsinlər bizim instutda çalışsınlar, xüsusən efir vasitəsilə bildirmək istəyirəm ki, savadlı baytarlara və zootexniklərə ehtiyacımız var.

İxtisaslı kadrlara ehtiyacın ödənilməsi üçün təcrübə müddətində tələbələrin imkanlarının üzə çıxarılması gələcəyin baytarının formalaşmasına imkan yaradır. Hazırkı dövr üçün ixtisas seçimi edən abituriyentlər də bunları nəzərə almalıdırlar.