• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 730
— 04.03.2020 16:26

Prezident İlham Əliyevin iştirakı ilə Tovuzda yeni infrastrukturlar açılıb

KepezTV Player

Prezidenti İlham Əliyev Tovuz rayonuna səfəri zamanı “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Tovuz filialının fəaliyyəti ilə tanış olub. Dövlət başçısının iştirakı ilə Tovuzda Aşıq Sənəti Dövlət Muzeyinin, Tarix-Diyarşünaslıq Muzeyinin, Dövlət Rəmzləri Muzeyinin açılışı olub. Prezident İlham Əliyev Tovuzda “ASAN Həyat” kompleksinin açılışında da iştirak edib. Kompleksdə təqdim edilən innovativ yeniliklərlə tanış olub, ASAN könüllüləri ilə görüşüb. Dövlət başçısının iştirakı ilə Tovuzda Qovlar–Əyyublu–Alakol–İbrahimhacılı–Yanıqlı–Ağacqala–Qoçdərə–Çobansığnaq–Yoğunbulaq–Sarıtala avtomobil yolunun yenidənqurmadan sonra istifadəyə verilməsi mərasimi olub.