• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1782
— 03.03.2020 20:08

Qobustanda kütləvi zəhərlənmə olub

KepezTV Player

Qobustan rayonunda kütləvi zəhərlənmə baş verib. Şəhər sakinləri - Elnur Şıxəliyev, Gülçiçək Şıxəliyeva, Məhəmməd Şıxəliyev, Könül Şıxəliyeva və Gülminə Şıxəliyeva zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdiriliblər. Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən verilən məlumata görə,zəhərlənənlərdən uşaq əməliyyatdan çıxıb.

“O, 1 saylı Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda onun vəziyyəti ağırdır. Digər zəhərlənən şəxslərin də vəziyyəti ağır-stabil olaraq qalır. Hələlik laboratoriyanın nəticəsi məlum deyil”, - məlumatda bildirilib. Nənə isə zəhərlənmədən yox, qanda olan dəyişiklikdən beyin qansızması keçirib və rəhmətə gedib". Qeyd edək ki, ölən şəxs 64 yaşlı Şıxəliyeva Gülminə Gülbaba qızıdır.