KepezTV Player
Samuğun Yenikənd kəndində yeni yaşayış massivinin ərazisində yanğın qeydə alınıb. Samux Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tahir Qarayev bildirib ki, həmin ərazi qamışlarla örtülmüş gillik deyilən bir sahədir. İlkin ehtimallara görə, yanğına səbəb insan amilidir və xirda közərmədən baş verib. Hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ərazinin bataqlıq olmasına baxmayaraq, yanğının qarşısını ala biliblər.Hadisə yaşayış ərazisindən uzaq olduğundan evlərə ziyan dəyməyib. Bir neçə ağac yanıb. Hazırda yanğının səbəbi araşdırılır.
- Baxış: 897