• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1319
— 28.02.2020 20:01

Ev yoxsa restoran?

KepezTV Player

Addımbaşı qarşımıza çıxan kafe və restoranlara insanlar indi nəinki xüsusi, adi günlərdə də tez-tez üz tuturlar. Ələlxüsus da gənclər, tələbələr. Əksər yaşlı nəslin nümayəndələri bunu tənbəlliklə əlaqələndirsə də, gənclər bu fikri sonunadək təkzib edirlər. Kimisi vaxtının azlığını əsas gətirir, kimisi də sadəcə fərqli dad axtarışında olduğunu deyir. Bəs görəsən, əslində səbəb nədir? Gəncə sakinləri bu barədə nə düşünür?

Hazırda restoranlara daha çox iş adamları, ailəvi müştərilər üz tutur. Amma bununla belə, evdə hazırlanan yeməklərlə müqayisədə restoranda təklif olunan təamların keyfiyyətinə şübhə edənlər də var. Belələri əksər hallarda, sifariş üçün ödəyəcəyi məbləğin səbəbsiz yerə yüksək olmasından gileylənir.

Şəhərdə fəaliyyət göstərən kafe və restoranlarda 1 nəfər üçün 3 öyün yemək 15-50 manat aralığında dəyişir. Lakin bu rəqəmlər məkana, müştərinin seçimi eyni zamanda iştahına görə arta və yaxud azala bilər.