KepezTV Player
Basketbol üzrə Azərbaycan Superliqasında 19-cu tura yekun vurulub. Son oyun günü yarışda Gəncəni təmsil edən eyniadlı komanda Atletiklə qarşılaşıb. Qərb kollektivi görüşdə rəqibinə şans verməyərək 81:74 hesabıyla qalib gəlib. Oyunda 22 xal toplayan Yevgeniy Loxmançuk Gəncəlilərin heyətində ən yaxşı basketbolçu olub. Bu qələbəylə Nizami yurdunun komandası turnir cədvəlində 3-cü pillədəki mövqeyini qoruyub. Gəncə növbəti qarşılaşmasında Atomla üz-üzə gələcək. Görüş sabah saat 18-də başlayacaq.
- Baxış: 636