• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1557
— 25.02.2020 16:33

Baytarlar brüselyoza qarşı mübarizəyə başladı

KepezTV Player

Gəncə ərazisində heyvanlar arasında xüsusi təhlükəli xəstəliklərə qarşı profilaktiki peyvəndləmə aparılır. Şəhər Baytarlıq İdarəsi mövcud olan iribuynuzlu, təkdırnaqlı heyvanlar və donuzlar arasında qarayara, eləcə də taun, quşlar arasında nyukasl, sahibli itlər arasında isə quduzluq xəstəlikləri əleyhinə qabaqlayıcı tədbirlər həyata keçirir. Artıq iribuynuzlu heyvanlar arasında qarayara xəstəliyinə qarşı peyvəndləmə başa çatıb. Baytarlar brüselyoz əleyhinə göz damcı üsulu ilə xəstəliyin baş qaldırmamasına çalışır. Peyvəndləmə ilə yanaşı təsərrüfatlarda profilaktik dezinfeksiya işləri görülür. Gəncə şəhərində 1500 baş iribuynuzlu, 2700 baş xırda davar, 35 baş təkdırnaqlı, 500-ə yaxın sahibli it saxlanılır. Şəhərdə epizootik durumu stabil saxlamaq üçün yerli Baytarlıq İdarəsi kiyayət qədər vaksin və preparatlarla təmin edilib.

Xəyal Zeynalabdıyev Gəncə Şəhər Baytarlıq İdarəsinin rəisi:3-8 aylıq cavan düyələrdə “BRUDOL” vaksini vasitəsi ilə bruseolloza qarşı vaksin vurulur. Eyni zamanda sahibli itlərdə quduzluq tək dırnaqlılarda qarayaraya qarşı tədbirlərimizdə yekunlaşmaq üzrədir. Bildirmək istəyirəm ki şəhər ərazisində epizootik durum sabitdir. Müəyən yoluxmayan daxili xəstəliklər aşkarlansada onlarda həkimlərimiz tərəfindən mülixə olunublar.