• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 941
— 25.02.2020 12:24

Güclü külək yenə fəsad törətdi

KepezTV Player

Gəncədə səhər saatlarından başlayaraq əsən güclü külək fəsadlar törədib. Şəhərin üç müxtəlif hissəsində ağaclar qırılaraq aşıb. Təhlükəsizlik baxımından həmin ərazilərə elektrik və təbii qazın verilişi dayandırılıb. Əhalinin gediş-gəlişi məhdudlaşdırılıb. Gəncə Şəhər Yaşıllaşdırma İdarəsinin əməkdaşları aşan ağacları ərazidən götürüblər. Hərəkət bərpa olunub.