• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 684
— 24.02.2020 11:19

İpoteka yoxsa kirayə mənzillər daha sərfəlidir?

KepezTV Player

Hər insanın başını salacağı kiçik,isti evi olmalıdır deyə düşünür hər kəs.Son günlər ən çox müzakirə edilən mövzulardan biri ipoteka, yoxsa kirayə yolu ilə mənzil almaq məsələsidir. Bəs bunlardan hansı daha sərfəli və qənaətcildir?

İpoteka və ya kirayə ev götürməyə dəyər ya yox? Özünə mənzil almaq arzusunda olan potensial bank müştərisinin qarşısına çıxan əsas suallardan biri məhz budur. Dünyadakı hər şey kimi ipotekanın,həmçinin kirayə evlərin də mənfi və müsbət tərəfləri vardır. Bir halda o çoxlu fayda, digər halda isə kifayət qədər baş ağrısı gətirə bilər.Bu sualın cavabını almaq üçün müsahiblərin yanına yollandıq.

Müsahiblərimin dediklərinə görə müqaviləsiz mənzil alışı olduqca təhlükəlidir.Həmçinin ipotekanın daha əlverişli olduğunu və hazırda təəsüf ki,fəaliyyət göstərmədiklərini də nəzərə çatdırıblar.

Sorğudan da məlum olduğu kimi  ipotekaya tələbat daha çoxdur. Yunan filosoflarından biri deyib ki, evlər, insanlar kimidir, öz daxili mahiyyətlərini əks etdirən və öz ruhlarına malikdir.Məhz buna görə də ev seçərkən sadəcə məvacibi düşünmək lazım deyil,həm də zövqə uyğun seçim etmək vacibdir.

 

Tellan Zeynalova